Allahi ve heyati tefekkur




         Ətrafımızda hər hansı bir kimsənin indiyə kimi heç vaxt futbol izləmədiyini , musiqi dinləmədiyini  və yaxud heç bir şirniyyat növünü yemədiyini eşitsək ürəyimizdə " Yazıq bədbəxt.Bunun yaşadığı həyatdıki ?" deyərik.İndi desəmki yaşıvız neçə olur olsun hələ də Allahı və yaşadığınız həyatı dərk etmirsinizsə siz də yuxarıdakı şəxslə hardasa oxşar həyatı yaşayırsınız.
   Hamımız insanıq ancaq insan özünə " mən kiməm , biz niyə varıq , niyə  heç nə yox məhz nələrsə var , niyə hər şey pis və yaxşıya bölünüb, bu komplekslilik , simmetriya , rənglər , hisslər və.s və.s  bunlar niyə var " kimi  daha bir neçə buna bənzər sualları vermədikcə  insanlıqdan çıxıb adam olmaz heç vaxt.
      İnsanın ruhi və nəfsi mərtəbələri var. Hər birimiz Allahın ruhunu daşıyırıq ona görə də onun bizdə mənəvi yüksək olan xüsusuiyyətlərini istəsək də istəməsək də doğulduqda üzərimizdə gəlirik bu dünyaya . Ancaq dünyada ətraf əks mənəvi hisslərlə və  doludur. İnsana düşən bu dünyayı , Allahını dərk etmək , doğularkən üzərində olan potensial olaraq daşıdığı Allahdan  ruhun verdiyi xüsusuiyyətləri tapması və dünyadakı imtahanında əks mənəvi hissləri almadan ən saf şəkildə bu həyatda ölümü dadaraq yenidən Allaha axirətdə qovuşmasıdır. 
        Bəli öləcək yox ölümü dadacaq dedim .Çünki hər nəfs ölümü birgün dadacaq deyilir.Belə deyilməsində səbəb insanın ölməməsidir bəli bəli insan heç vaxt ölməz bu dünyada ölümü dadar  və fiziki bədəni burda qalsa da ruhu digər aləmə transfer olunar. Dar ana qarnından  geniş dünyaya gəldik burdan da sonsuz aləmə doğulacayıq .

     İnsanın 7 nefsi mərtəbəsi haqqında qarşılarda yazacam ancaq bu mərtəbənin birinci mətbəsəinə qalxmaq üçün qapını döymək ora girmək lazımdır.Yəni təfəkkür etmək lazımdır Allahı. Allahı dərk etmədə aqnosist olun çünki Allahı dərk etməni bu aciz insanın tərəzisi ölçməkdə acizdir. Bir qarışqadan kompyuterin hissələri haqqında məlumat soruşmaq belə insanın tam olaraq Allahı anlamaslndan gülməlidir. Hər canlının beyni var və bu beyinlərin öz limiti var. Təfəkkürdən sonra insan özündəki xüsusuiyyətləri inkişaf etdirdikçə özündə Allahdan üfürülən ruhla gələn xüsusuoyyətləri orataya çıxarar və Allahın razı olduğu insan artıq Allahın quludur adəmdən gələn adam olmuşdur.

       Və hadisi kudisdə də bu barədə var
                "Qulumu sevdikdə gören gözü, eşidən qulağı, tutan əli olaram. Artıq o                     mənimlə eşidər, mənimlə görər, mənimlə tutar, mənimlə yeriyər." 

        Ancaq insan Allahı anlamasa da düşünə bilər bu zaman düşündükcə Allahı ətrafında olan  hər şey  artıq   ona Allah deyəcək.

         Mən digər xüsuslarda özümü, yaşantımı tam bəyənməsəm də Allahı az da olsa  təfəkkür etdiyimi düşünürəm. Çünki çöldə əsən küləkdə , o küləyin tərpətdiyi yarpaqlarda , üzümə vuran günəşin istsində , göydən düşən hər yağmur damlasında , eşitdiyim musiqinin hər notunda , istər pis istər yaxşı hadisələrdə , asfaltı deşib çiçək açan o otda, ildırımda , düşən hər qar dənəsində  bir  sözlə hər şeydə onu görə bilirəm Əlhəmdülillah.

Gələk nəfsin mərtəbələrinin izahına

1)Nəfsi Əmmarə -bu nəfs hamıdadır. Ancaq özünü bədəndən ibarət görən ancaq dünyəvi və özünün fikizi ehtiyaclarına başı qarışmış insan.Bu nəfsdə kibir, paxıllıq , şəxvət, hirs hər şey var.  Əsas məsələ bu mərtəbəni adlamaqla başlayır

2)Nəfsi-Ləvvamə insan özünün təkcə bədəndən ibarət olmadığını anlamaya başlaması, dünyavi şeylərdən başqa şeylərə də baş yormalı olduğunu , əsil gərçəklərin arxada gzləndiyini görməsi , peşman olması və öz nəfsinə üsyanı ilə özünü  ləvm edər və  artıq Ləvvamə nəfsə keçər .Bir sözlə günalarından peşman olmağa başlayan nəfs artıq bu mərtəbəyə hardasa keçmişdir

3)Nəfsi-Mülhimə  Allahdan ilham alma nəfsidir.Yaşamın boyunca artıq Allahdan ilham və feyz almağa başlayırsan bu nəfsə çatdıqda.Qəlbinə ilhamdan bir şeylər, fikirlər və.s gəlməyə başlayar.İbadətini huşu içində edər  dünyayadakı təbiət gözəlliklərinə və.v məna ilə seyrə başlayar.

4)Nəfsi-Mütmainə  Bu nəfs Quranda ermiş nəfisdir. tatmin olmuş nəfsdir. Yəni artıq heçbirşey onu imansız edə bilməz .Artıq o bu yoldadır və hər şeyi dərk edir  şübhələr silinmişdir beynindən.Və pisliklərdən təmizlənmiş pak bir ruhdur.


   
      

Yorumlar

Bu blogdaki popüler yayınlar

İNGİLİS DİLİNDƏ ƏN ÇOX İSTİFADƏ OLUNAN 2600 CÜMLƏ QƏLİBLƏRİ VƏ 6000 SÖZ

INGILIS DILI BUTUN ZAMANLAR